Premyer Liqanın son turunda "Neftçi" üzərində parlaq qələbə qazanan AZAL düşərgəsinə yeni legioner dəvət edib.
Sportarena.az "sportinfo.az"a istinadən xəbər verir ki, Adan Koronado ötən gecə Azərbaycana gəlib. Əslən meksikalıdı. ABŞ pasportu daşıyır. Almaniyada doğulub. 24 yaşı var, ampluası hücumçudu.
Karyerasının əsas hissəsi yaşadığı ölkəyə bağlıdı: aşağı bundesliqada "Kikkers Emden" (Almaniya), BSV "Shvayz-Veys Rehden" və "TSV Ottersberq"in şərəfini qoruyub. Azərbaycana gələnədək Monteneqroda "Buduçnost" və Bosniyada "HNK Branitelj" forması geyinib.