Premyer Liqasının 11-ci turunun təqvimində dəyişiklik edilib.
Sportarena.az xəbər verir ki, noyabrın 1-i Azərbaycanda Milli Məclisə seçkilər günü olduğu üçün oyunların vaxtı dəyişdirilib. 11-ci turun matçları əvvəlcədən nəzərdə tutulduğu kimi noyabrın 1-2-i deyil, oktyabrın 31-i keçiriləcək.