Bu gün İntizam Komitəsinin iclası keçirilib. Sportarena.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının IX turunun AZAL – “Neftçi” matçının 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Jairo Rodriges sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.