Yunanıstanın "Platanias" klubunun kamerunlu müdafiəçisi Yaya Banana karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Sportarena.az "azerisport.az"a istinadən xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Premyer Liqamızda çıxış edən klublardan biri bu il Kamerun yığmasında ilk matçını keçirən futbolçuya görə 400 000 avro təklif edib. Amma futbolçu Azərbaycan çempionatında oynamağa yox, Yunanıstan klubuna keçməyə üstünlük verib.