Azərbaycanlı FİFA referisi Orxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində daha bir oyun idarə edib.
Sportarena.az xəbər verir ki, Lüksemburq - Avstriya görüşünü idarə edən Məmmədov bu görüşdə 8 sarı vərəqə çıxarıb ki, onların 4-ü lüksemburqlu, qalanı isə avstriyalı futbolçulara göstərilib. Qarşılaşma 2:1 hesabıyla avstriyalıların xeyrinə başa çatıb.
Qeyd edək ki, Məmmədov daha öncə 5-ci qrup çərçivəsində Avstriya - Litva matçını (2:0) idarə edib.