"Xəzər Lənkəran" "Rəvan"la oyuna çıxmayacaq?

18:20 27 Oktyabr 2015

"Xəzər Lənkəran" Premyer Liqanın 11-ci turunda "Rəvan"la oyuna çıxmaya bilər.

 

Sportarena.az "sportal.az"a istinadən xəbər verir ki, buna səbəb isə Peşəkar Futbol Liqasının 11-ci turunun təqvimi dəyişməsidir. Belə ki, əvvəlki plana görə, "Xəzər Lənkəran" noyabrın 2-də "Rəvan"ın qonağı olmalıydı, lakin parlament seçkilərinə görə, PFL oyunları 31 oktyabr tarixinə çəkib. Belə də, 14 futbolçudan ibarət cənub təmsilçisinin əsas heyəti son 7 gündə 3 oyuna çıxmağı qəbul etmir, məhz buna görə də "Xəzər Lənkəran"ın "Rəvan" səfərinə yollanmayacağı gözlənilir.

 

Bu məsələyə münasibət öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq, o, saytımıza açıqlamasında belə münasibət bildirib:

 

"Hələlik bütün fikrimizi sabahkı "Sumqayıt"la oyuna yönəltmişik. Biz də bu xəbəri bu gün PFL-in saytından oxuduq. Əlbəttə, bu qərar bu gün axşam klub rəhbərliyi ilə komandanın iclasında müzakirə ediləcək. Bəli, bu dəqiqə "Rəvan"la oyuna çıxıb-çıxmamağımız şübhə altındadır".


Digər xəbərlər

Xəbər xətti