Hollandiya Futbol Federasiyasının İntizam Komitəsi yan xətt hakimi Rixard Nivenxeyzenin ölümündə günahlandırılan 5 futbolçu ilə bağlı qərarını açıqlayıb. Sportarena.az xəbər verir ki, İK onların 4-nü ömürlük, 1-ni isə 5 il müddətinə diskvalifikasiya edib. Onların hər biri qərardan apellyasiya şikayəti vermək hüququna malikdirlər.
Xatırladaq ki, 2012-ci ildə "Niv Sloten" klubunun gənc üzvləri oyun zamanı yan xətt hakimi Nivenxeyzeni döymüşdülər. Laysman aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişmişdi.
Məhkəmə onların barəsində 12 aydan 24 aya qədər həbs-qəti imkan tədbiri seçsə də, yetkinlik yaşlarına çatmadıqlarından gəncləri sərbəst buraxmışdı. Əvəzində isə futbolçulardan birinin valideyni ömrünün 6 ilini həbsxanada keçirməli olmuşdu.