İspaniya millisi və "Real"ın müdafiəçisi Serxio Ramos sosial şəbəkələrdə özü ilə bağlı yayılan məlumata münasibət bildirib. Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu Tenerifedə yerləşən "Mersadona" adlı supermarketdə mühafizəçi işləməsi haqda xəbəri təkzib edib.
"Mersadona" ilə müqavilə bağlamağım haqda xəbəri rəsmi şəkildə təkzib edirəm" - deyə o, şəxsi "Tvitter" hesabında yazıb.
Qeyd edək ki, "Tvitter" istifadəçilərindən biri sözügedən marketdə çalışan mühafizəçinin fotosunu sosial şəbəkədə paylaşmış və onun Ramos olduğunu iddia etmişdi.
Həmin fotonu təqdim edirik: