"Real" azarkeşlərinə şad xəbər: 3-ü birdən qayıdır

23:52 27 Oktyabr 2015

Bir müddətdi zədə səbəbindən "Real"dan ayrı düşən futbolçular bərpa prosesini tamamlayaraq ümumi qrupda məşqlərə başlayıblar. 
Sportarena.az xəbər verir ki, Madrid klubunun müdafiəçiləri Alvaro Arbeloa və Pepe, yarımmüdafiəçi Xames Rodriqes artıq hazırlıq prosesində iştirak edir. Gözlənilir ki, onlar "Las-Palmas"la matçda oynaya biləcək.

"Real" - "Las-Palmas" oyunu oktyabrın 31-də keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti