Orxan Sadıqlı: "O izlər illər sonra da qalacaq" - Müsahibə

01:33 28 Oktyabr 2015

"Xəzər Lənkəran"ın qolkiperi Orxan Sadıqlının Sportarena.az saytına müsahibəsi:

- Son turda "Kəpəz"ə 1:0 hesabı ilə məğlub oldunuz. Matç barədə fikirlərin.

- İki eyni səviyyəli komandalar qarşılaşırdı. Hər iki komanda meydana qələbə üçün çıxmışdı. Səhv buraxdıq və qapımızda qol gördük. Stadionun vəziyyəti də oyunumuza mane oldu. İlk hissədə yaxşı oynamasaq da, ikinci hissədə özümüzü toparladıq. Nəticə ədalətli idi.

- AZAL-la matçda ilk qələbənizi alsaz da "Kəpəz"ə  yenidən məğlub oldunuz. Artıq məğlubiyyətlərə alışmısız?

-  "Kəpəz"lə səfərdə oynayırdıq. Səfər oyunları çətin olur. Komanda yoldaşlarım hamısı öz güclərinə güvənirlər. Biz heç bir görüşə, bu oyunda 100% məğlub olacağıq, fikiri ilə çıxmırıq. Çünki komandamızda hamı döyüşkən uşaqlardı. Əlimizdən gələni edirik ki, ən azından məğlub olmayaq. Belə bir deyim var ki, "uda bilmirsənsə, uduzma" -biz də məğlub olmamağa çalışırıq.

- "Xəzər Lənkəran" Premyer Liqa tarxində ən böyükhesablı məğlubiyyətini "Qəbələ" ilə matçda aldı. 6:0-ın izləri qalıbmı hələ?

- O izlər illər sonra da qalacaq. Amma onunla yaşamaq olmaz. Düzdür 6:0- deyəndə qapıda Orxan durdu deyəcəklər. Ancaq biz bunları unutmalıyıq. Bu psixoloqiya ilə oyuna hazırlaşmaq çətindir.

- 10-cu turda "Sumqayıt"la qarşılaşacaqsınız.

- Öz stadionumuzda oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Qışa kimi maksimum xallar qazanıb, ən azından ilk 6-lıqda qərarlaşmalıyıq.

Vüsal MİRZƏYEV


Digər xəbərlər

Xəbər xətti