Mançini hakimləri təhqir etdi: matçı tribunadan izlədi

12:21 28 Oktyabr 2015

Futbol üzrə İtaliya A Seriyasının X turunda səfərdə "Bolonya" ilə qarşılaşan "İnter" klubunun baş məşqçisi Roberto Mançini meydandan qovulub.
Sportarena.az xəbər verir ki,səbəb italiyalı mütəxəssisin hakimlərə qarşı qeyri-etik ifadələr işlətməsi səbəb olub.

Qarşılaşmanın sonlarına yaxın R.Mançini hakimlərə "eşşəklər" deyib. Nəticədə matçın baş hakimi onu tribunaya göndərib.

Qeyd edək ki, "İnter"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb."İnter" 10 turdan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir. 


Digər xəbərlər

Xəbər xətti