Azərbaycanlı hakim-inspektor UEFA Kuboku matçına təyinat alıb

12:33 28 Oktyabr 2015

Beynəlxalq dərəcəli hakim-inspektor, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Murad Məmmədov yeni təyinat alıb.

Sportarena.az xəbər verir ki, M.Məmmədov futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsində hakim-inspektor vəzifəsini yerinə yetirəcək.
M.Məmmədovun təyinat aldığı A qrupunda İspaniyanın "İnter FS", Belarusun "Lidselmaş Lida", Fransanın "Kremlin Bisetr Yunayted" və Sloveniyanın "Doboveç" komandaları mübarizə aparacaq.

Qeyd edək ki, A qrupunun oyunları 12 - 15 noyabrda İspaniyanın Torrexon-de-Ardos şəhərində keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti