Bu gün "Dünya Cüdo Günü" kimi qeyd olunur

14:02 28 Oktyabr 2015

Bu gün dünyada cüdo günü qeyd olunur.Əlamətdar gün cüdonun banisi sayılan Ciqoro Kanonun oktyabrın 28-də anadan olması ilə bağlıdır.

Hazırda dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. 5 kontinental ittifaqı özündə birləşdirən Beynəlxalq Cüdo Federasiyasına (İJF) 195 milli federasiya daxildir.

Azərbaycanda da bu idman növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli Olimpiya Oyunlarında çempion olaraq tarix yazıblar. 2013-cü ildə Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlarda, Avropa çempionatlarında, Avropa Oyunlarında medal qazanıblar. Hazırda da cüdo üzrə milli komandamızın üzvləri mötəbər yarışlarda uğurlar qazanaraq ölkəmizin idman şərəfini ləyaqətlə ucaldırlar. 


Digər xəbərlər

Xəbər xətti