"Almaniya kuboku da bizim üçün çox önəmlidi. Ancaq olduqca sıx qrafikdə çıxış edirik".
Sportarena.az xəbər verir ki, bu sözləri Avropa Liqasında "Qəbələ" ilə eyni qrupda yer alan "Borussiya"nın baş məşqçisi Tomas Tuhel deyib. Dortmund təmsilçisinin bu gün ölkə kubokunda "Paderborn"la oyunundan danışan mütəxəssis təmsilçimizlə qrupda keçirəcəyi növbəti qarşılaşmaya da toxunub:
"Həftəsonu Bundesliqa çərçivəsində “Verder”lə, gələn həftə isə Avropa Liqası matçında “Qəbələ” ilə qarşılaşacağıq. Hər iki görüş hədəflərimiz baxımından bizim üçün çox önəmlidi və bunun hər ikisində çətin də olsa, qələbə qazanmalıyıq. Bunu nəzərə alaraq, “Paderborn”la qarşılaşmada oyun praktikası az olan futbolçulara da şans veriləcək. Bəzi oyunçularımızın dincəlməyə ehtiyacı var”.
Qeyd edək ki, “Borussiya” – “Qəbələ” oyunu noyabrın 5-də Dortmundda keçiriləcək.