"Neftçi"nin oyununa baxanda ürəyim ağrıyır" - Böyükağa Hacıyev

15:35 28 Oktyabr 2015

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev komandanın indiki durumundan danışıb. Sportarena.az xəbər verir ki, o, "azerisport.az" saytına açıqlamasında bunları söyləyib:

 

"Neftçi"nin oyununa baxanda ürəyim ağrıyır. Bu komanda hazırda yaxşı formada deyil. Sözsüz, müəyyən çətinliklər var. Lakin heyət bütövlüklə dəyişib. Fikir verin, ötənilki komandadan demək olar ki, bir futbolçu belə qalmayıb. Rəhbərlik gəncləşdirmə siyasəti aparır və bunun nəticəsini gözləyir. Oyun baxımından komandada son nöqtəni qoyan lider yoxdur. Sözlərimi pis başa düşməsinlər. Amma heç kim "Neftçi"ni belə görmək istəməz. Bir amili unutmayın. Komanda avrokuboklara düşməsə, azarkeşlər bunu heç kimə bağışlamayacaq. "Neftçi"nin sadiq azarkeşləri var, onlar komandanı çox sevirlər".


Digər xəbərlər

Xəbər xətti