Şotlandiya Liqa Kubokunun 1/4 finalında "Harts"la keçirəcəyi oyuna hazırlaşan "Seltik"in məşqində xoşagəlməz hadisə yaşanıb. Sportarena.az xəbər verir ki, məşq zamanı komandanın 2 üzvü - Nadir Çiftçi ilə Emilyo İzagirre arasında mübahisə düşüb.
Sonradan isə tərəflər əlbəyaxa olublar. Nəticədə türk futbolçu rəqibini vurub. Digər oyunçuların araya girməsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Hadisəni komandanın baş məşqçisi Ronni Deyla da təsdiqləyib.