Roman Qriqorçuk: "Nəticədən razı deyiləm"

19:25 28 Oktyabr 2015

"Sözsüz, mən nəticədən razı deyiləm. Biz bu gün hər iki hissəni üstün oynadıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Ukraynalı mütəxəssis Premyer Liqanın X turu çərçivəsində AZAL keçirdikləri oyun (0:0) haqda fikirlərini açıqlayıb:

 

"Rəqib qapısı qarşısında ən azından 3 real qol vəziyyəti yaratdıq. Düşünürəm ki, bu gün qələbə qazanmalı idik. Lazımi qədər yaxşı oynadıq. Səhvlərimizi təhlil edib, növbəti oyunlara hazırlaşacağıq".


Digər xəbərlər

Xəbər xətti