"Yolumuz bəllidir, nə qədər ağır olsa da..." - Tərlan Əhmədov

19:30 28 Oktyabr 2015

"Həqiqətən də ağır oyun idi. Evdə oynayan "Qəbələ" öncəki görüşdə də xal itirmişdi. Buna görə rəqibin aqressiv oynayacağını bilirdik. Biz isə "Neftçi" ilə oyundan sonra uğurlu seriya yaratmaqda maraqlı idik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. O, Premyer Liqanın X turunda "Qəbələ" ilə səfər heç-heçəsinə şərh verib:

 

"Tagim Novruzov və Seymur Əsədovun yoxluğunda yarımmüdafiədə problem yaşadıq. Bütün bu problemlərə baxmayaraq, xal qazana bildik və futbolçulara təşəkkür etdik. Yolumuz bəllidir. Nə qədər ağır olsa da, bu yolla davam edəcəyik".


Digər xəbərlər

Xəbər xətti