"Futbolçulardan xahiş etmişdim ki..." - Samir Abasov

19:45 28 Oktyabr 2015

"Sumqayıt" bu meydançaya, hava şəraitinə alışmayıb. Belə bir vəziyyətdə əzmkar, döyüşkən "Xəzər Lənkəran"a qarşı çətin oyun alınacağını dərk edirdik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.Gəncmütəxəssis Premyer Liqanın X turunda "Xəzər Lənkəran" üzərində 2:1 hesablı səfər qələbəsini şərh edib:

 

"Futbolçulardan xahiş etmişdim ki, rahat və sərbəst oynasınlar. İlk hissədə bu istəyimiz alındı. İkinci hissədə isə belə oynamadıq, problemlər ortaya çıxdı. Həmin problemləri aradan qaldırmağa çalışacağıq. İndiki vəziyyətdə isə futbolçuları oyunlarına görə yox, vuruşduqlarına görə təbrik edirəm. Etiraf edirəm ki, ikinci hissə "Xəzər Lənkəran"ın üstünlüyü şəraitində keçdi. Hətta məğlub da ola bilərdik. Bütün bunları müzakirə edəcəyik".


Digər xəbərlər

Xəbər xətti