"İlk növbədə jurnalistlərə və azarkeşlərə təşəkkür edirəm. Oyuna gəldikdə isə dramatik bir görüş alındı. Biz ikinci hissədə oyunda nəticə baxımından dəyişiklik etmək istədik. Buna görə də əvəzetmə etdik".
Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın X turunda "Zirə" ilə 2:2 bərabərə qaldıqları matçda vacib xallar itirdiklərini bildirib:
"ilk hissədə müdafiəçilərin kobud səhvindən qollar buraxmışdıq. Belə qollar buraxmamalı idik. Düşünürəm ki, bu oyun “Kəpəz”in oyunu olmalı idi. Məncə, bu gün 1 xal qazanmaqdıq, 2 xal itirdik. Biz oyunun taleyini həll edə bilmədik, lakin buna məcbur idik. Sevindirici haldır ki, “Kəpəz” 4 oyundur məğlub olmur. Ən əsası futbol sərgiləyirik, düzgün yoldayıq".