"Qırmızı vərəqədən sonra müdafiə olunmağa məcbur olduq" - "Zirə"nin məşqçisi

19:58 28 Oktyabr 2015

"Çempionatın ən maraqlı oyunlarından birinə şahidlik etdik. Düşünürəm ki, oyunu oxşar komandalar mübarizə apardı".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin məşqçisi Ayxan Abbasov deyib. Sportarena.az xəbər verir ki, o, Premyer Liqanın X turunda "Kəpəz"lə 2:2 oynadıqları oyunu şərh edib: 

 

"Qəbələ səfərindən sonra heyətdə müəyyən yorğunluq vardı. Oyunun əvvəlində qol buraxsaq da, sonradan toparlanıb hesabda önə keçdik. Qırmızı vərəqədən sonra müdafiə olunmağa məcbur olduq. Rəqib bərabərlik qolunu vursa da, futbolçulardan razıyıq".

 

Abbasov növbəti turda "İnter"lə keçirəcəkləri oyuna da toxunub: "3 gün sonra bizim "İnter"lə çətin oyunumuz var. Kollektivimiz genişdir, təcrübəli oyunçularımız az deyil. Qarşıdakı oyuna hazırlaşıb, öz oyunumuzu sərgiləyəcəyik. Hər oyun bizim üçün təcrübədir. Düşünürəm ki, bu oyunda bizim üçün 1 xal yaxşı nəticədir".


Digər xəbərlər

Xəbər xətti