"Bakcell Arena"da qalmaqal: "Neftçi" azarkeşləri bölməyə aparıldı

20:29 28 Oktyabr 2015

Premyer Liqanın X turu çərçivəsində keçirilən "Neftçi" - "İnter" oyununda qalmaqal yaşanıb. Sportarena.az-ın "Bakcell Arena"da olan əməkdaşının verdiyi xəbərə görə, Ruslan Qurbanov penaltidən hesabı açdıqdan sonra "Forza Neftçi" fan-klubunun üzvləri fakel yandırıblar.

 

Bu isə polislərin müdaxiləsi ilə nəticələnib. Belədə azarkeşlərlə asayiş keşikçiləri arasında insidənt olub. Bir neçə azarkeş saxlanılaraq, polis bölməsinə aparılıb.

 

Hətta fan-klubun bütün üzvləri stadiondan çıxarılıblar.


Digər xəbərlər

Xəbər xətti