Topaz Premyer Liqasının X turunda "Qarabağ" "Rəvan"ı 1-0 hesabı ilə məğlub edərək, liderliyə yüksəlib. Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun haqda bunları söyləyib:
"Vacib 3 xal qazandıq. Oyunun sönük keçməsi ilə mən də razıyam. Son 3 ayda futbolçuların normal istirahət üçün zamanı olmayıb. Bütün bunlara baxmayaraq, proqram üzərində işləyirik. Bu gün rəqibimiz də çox qapandı. Yəqin ki, məşqçinin tapşırığı belə idi. Oyun ərzində futbolçulara topla çox davranmağı tapşırmışdıq. Vüqarın qolu sayəsində 3 xal qazandıq və buna görə şadam".