"Ağır bir oyun oldu. "Qarabağ"ı xırdalamağa ehtiyac yoxdur. Şadam ki, "Qarabağ"a qarşı sona kimi mübarizə apardıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib. O, Premyer Liqanın X turunda "Qarabağ"a 0:1 hesablı məğlubiyyəti şərh edib:
"Bundan sonra qazanacağımız bir qələbə bizi irəli aparacaq. Futbolçularda hazırda özünəinam hissi yoxdur. Futbolçuları çətin vəziyyətdən çıxarmaq üçün zaman lazımdı. Bizim elə güclü heyətimiz yoxdur ki, 1 həftə ərzində 3 oyuna çıxaq. Bizə 1 qələbə lazımdır, sonra davamı gələcək".