"Bir xalı yaxşı nəticə hesab etmək olar" - Zaur Svanadze

21:57 28 Oktyabr 2015

"İlk hissədə qol epizodlarımız olsa da, bundan yararlana bilmədik. Rəqib isə penaltidən qol vurmağı bacardı. Ona görə də ilk hissə barədə geniş danışa bilmirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib. Gürcü mütəxəssis Premyer Liqanın X turunda "Neftçi" ilə 1:1 hesablı bərabərə qaldıqları oyun haqda fikirlərini açıqlayıb:

 

"Fasilədən sonra isə təzyiqi artırdıq, futbolçular ümidləri doğrultdular. Çətin səfər görüşündə qazanılan 1 xalı yaxşı nəticə hesab etmək olar. Artıq bu görüşü unudub, növbəti matçlara hazırlaşacağıq".


Digər xəbərlər

Xəbər xətti