Çempionlar Liqası: "Azərreyl" qələbə qazandı, "Lokomotiv" uduzdu

01:07 29 Oktyabr 2015

Ötən gün Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubu Çempionlar Liqasında ilk oyununa çıxıb.

Sportarena.az xəbər verir ki, "dəmiryolçular" Rusiyada “Dinamo” (Kazan) kollektivinin qonağı olub. 

Qarşılaşma Rusiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqasının A qrupunda mübarizə aparan digər təmsilçimiz ilk matçında Almaniyanın “Alyants Ştutqart” klubu ilə qarşılaşıb. Komandamız ilk görüşündə Almaniya təmsilçisindən üstün olub – 3:0.

Qeyd edək ki, A qrupunda “Lokomotiv”, “Azərreyl” (hər ikisi Azərbaycan), “Dinamo Kazan” (Rusiya) və Almaniyanın “Alyants Ştutqart” komandaları mübarizə aparır.(report)


Digər xəbərlər

Xəbər xətti