"Qarabağ"ın braziliyalı forvardı Reynaldo Silvanın diz bağlarında problem olduğu üçün əməliyyat olunacağı və 6 ay oynamayacağı barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, braziliyalının son durumu ilə bağlı məlumat var. Belə ki, son həkim müayinəsindən sonra forvardın çarpaz bağında hər şey normal olduğu məlum olub. Lakin futbolçu dünən menskdən əməliyyat olunub. Sevindirici xəbər odur ki, braziliyalı 2 aydan sonra fərdi məşqlərə başlaya biləcək. (sportal.az)