Rəşad Sadıqov: "1-2 qol vursa, özünə gələcək" - MÜSAHİBƏ

11:23 29 Oktyabr 2015

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov """Rəvan" üzərində qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Oyun barədə nə deyə bilərsiz?

- "Rəvan" oyun bizim üçün çətin oldu. Şükürlər olsun, 3 xal qazandıq.

 

- Çempionluq yolunda əsas rəqibiniz "Qəbələ" bu gün xal itirdi. Bu xal itkisi "Qarabağ"ın nə dərəcədə işinə yarandı?

- Avroliqanın davam etdiyi müddətdə həm "Qəbələ", həm də "Qarabağ" üçün çətin olacaq. Bu gün də gördüyünüz kimi, istədiyimiz oyuna göstərə bilmədik, qələbə qazansaq da, bunu çətinliklə bacardıq.

 

- "Sumqayıt"a məğlub oluduğunuz üçün baş məşqçiniz bu oyunda əsas heyət futbolçularuna üstünlük vermişdi?

- Xüsusi ilə, bu mövsüm Avroliqada səfər oyunundan sonra baş məşqçimiz həmin oyunda meydanda olanlara istirahət verir. Bunun da əsas səbəbi oyuna yaxşı bərpa olamamaqdı, əgər həmin heyətə şans versəydi, komandadaa zədəlilərin sayı arta bilər. Ona görə də, məşqçilər heyəti futbolçuları qoruyur. belə hallar gələcəkdə də baş verəcək. Həm də heyətimiz də genişdir, hamıya oynamaq üçün şans vermək lazımdır. "Sumqayıt"la oyunda komandamız yaxşı oynadıq, sadəcə qol epizodlarından istifadə edə bilmədik. Rəqib də yaxşı futbol oynadı və 3 xal qazandı.

 

- Reynaldonun zədələnməsindən sonra hücumda əsas güc Armenterosa düşür, çünki digər hücumçu Raydel pupon demək olar ki, bu mövsüm heç nə ilə yadda qalmayıb...

- Pupon ötən oyunda yaxşı oynadı, qol epizodları da oldu. Fikirləşirəm ki, Pupon 1-2 qol vursa, özünə gələcək, özündə inam yaranacaq. Hücumçu üçün vacib olan qoldur. Hər iki futbolçunun komandaya xeyiri olacağına inanıram.

 

- Avroliqada "Monako" ilə oyunöncəsi komandada ab-hava necədir?

- Komandada atmosfer pis deyil, hər şey yaxşıdı. Başa düşürük ki, hamı bizdən qələbə gözləyir. Səfərdə də yaxşı oynadıq, qol imkanlarından istifadə edə bilmədik. Rəqib isə 1 səhvimizdən istifadə edib bizi cəzalandırdı. Bu oyuna ciddi hazırlaşacağıq, yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.

 

- Əvvəlki müsahibələrində kənardan komandaya psixoloji təsirin çox olduğunu bildirmişdin. "Monako" ilə oyunda da hamı sizdən yaxşı nəticə gözləyir, çünki qrupdan çıxmaq üçün son şansdır.

- Biz də qrupdakı durumu yaxşı başa düşürük. Sona qədər mübarizə aparacağıq, Fikirləşirəm ki, yaxşı olacaq.

 

- Artıq "Monako" ilə bir oynamısınız. Cavab oyununda konkret nəyəsə ümid eləmək olarmı?

- Ümid həmişə var. Hər bir komandayla oynaya bilərik. Sadəcə ev oyunlarımızda komandamız bir az stres keçirir. Buna da səbəb 30 min azarkeşimizin bizdən qələbə gözləməyidir. Bu, bizdə məsuliyyəti artırır. "Monako" elə komanda deyil ki, ilk dəqiqələrdən basqılı oyun oynayaq. Rəqibin heyətində Moutinyo, Bernardo və El-Şaravi kimi təhlükəli futbolçular var. Adi bir səhvdə bizi cəzalandıra bilərlər, ona görə ağıllı oynamalıyıq. (sportal.az)


Digər xəbərlər

Xəbər xətti