"Kəpəz" - "Qəbələ" oyunu Gəncədə keçirilməyəcək

12:01 29 Oktyabr 2015

Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Qəbələ" matçı Gəncədə baş tutmayacaq. Sportarena.az xəbər verir ki, Gəncədəki stadion kəskin hava şəraiti səbəbindən bu oyunu qəbul etməyə hazır deyil.

 

Bu üzdən də böyük ehtimalla "Kəpəz" "Qəbələ" ilə ikinci dövrədə də Qəbələdə qarşılaşmalı olacaq.

 

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" matçının oktyabrın 31-də keçirilməsi nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti