"Qəbələ" klubunun futbolçusu Ermin Zets Bosniya və Herseqovina milli komandasına dəvət alıb. Sportarena.az xəbər verir ki, klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 27 yaşlı hücumçu İrlandiya ilə "Avro-2016-nın "pley-off" matçlarına çağırılıb.
Ondan noyabrın 9-da millinin düşərgəsində olması istənilib. Oyunlar isə noyabrın 13-də Zenitsada, noyabrın 16-da Dublində keçiriləcək.
Qeyd edək ki, daha öncə "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də Bosniya və Herseqovina millisinə dəvət alıb. İrlandiya səddini aşa biləcəkləri təqdirdə, hər iki oyunçu "Avro-2016"nın final mərhələsində iştirak hüququna yiyələnəcək.