AFFA Azərbaycan Premyer Liqasının debütantı "Zirə" ilə əlaqədar UEFA-ya müraciət etməyə hazırlaşır. Sportarena.az xəbər verir ki, qitə futbol qurumunun qaydalarına görə, avrokuboklarda iştirak etmək istəyən klubların ən azı üç yaşı olmalıdır.
"Zirə" isə cəmi iki ildir yaranıb. Bu üzdən də Premyer Liqamızın debütantı avrokuboklara vəsiqə qazansa, UEFA-nın onu yarışlara buraxmamağa haqqı var. Amma AFFA rəhbərliyi istisna hal kimi, "Zirə"yə belə bir şərait yaradılmasına nail olmaq istəyir. Təbii ki, mövsümün sonunda bu komanda qitə miqyaslı turnirlərdə oynamaq şansı qazansa.
Qeyd edək ki, "Zirə" hazırda 17 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və bu gedişlə avrokuboklara vəsiqə qazanmağa əsas namizədlərdən hesab olunur. (Azerisport.com)