Rio Olimpiadasına növbəti lisenziya

15:50 29 Oktyabr 2015

Azərbaycan millisi gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb. Sportarena.az xəbər verir ki, komandamıza 11-ci vəsiqəni Yelena Çebanu qazandırıb.

 

O, bu uğura Qətərin paytaxtı Dohada keçirilən atletika üzrə dünya çempionatında 100 m məsafəyə qaçışda ikinci olmaqla imza atıb. Gümüş medal Çebanuya Rio üçün birbaşa lisenziya verib.

 

Qeyd edək ki, Yelenadan öncə paralimpiyaçılarımızdan İradə Əliyeva (nizə tullama), Elçin Muradov, Kamil Əliyev (hər ikisi uzunluğa tullanma), İlham Zəkiyev (+100 kq), Səbinə Abdullayeva (57 kq), Ramil Qasımov (73 kq), Bayram Mustafayev (60 kq, hamısı cüdo), Dmitri Saley, Roman Saley (hər ikisi üzgüçülük) və Elşən Hüseynov (107 kq, pauerliftinq) Braziliyada təşkil olunacaq yarışda iştirak hüququ qazanıblar.


Digər xəbərlər

Xəbər xətti