Peşəkar Futbol Liqası Azərbaycan Respublikasında Milli Məclisə keçiriləcək seçkilər və görüşlərin canlı yayımlanması ilə əlaqədar olaraq XI turun oyun cədvəlində yenidən dəyişiklik edib.
Sportarena.az xəbər verir ki, turun oyunları daha əvvəl açıqlandığı kimi hamısı eyni gündə - oktyabrın 31-də keçirilməyəcək. Bu gün açıqlanan oyun cədvəlinə əsasən Azərbaycan Premyer Liqasının XI turunun “Qəbələ” – “Kəpəz”, “Qarabağ” – AZAL və “İnter” – “Zirə” görüşləri 1 noyabrda deyil, 31 oktyabrda baş tutacaq.
Eyni turun “Sumqayıt” – “Neftçi” və “Rəvan” – “Xəzər Lənkəran” qarşılaşmaları isə canlı yayımla əlaqədar olaraq 2 noyabr tarixinə keçirilib.
31 oktyabr (şənbə)
“Qarabağ” – AZAL
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 19:00
“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu, 18:00
“İnter” – “Zirə”
“İnter Arena”, 16:00
2 noyabr (bazar ertəsi)
“Sumqayıt” – “Neftçi”
Sumqayıt şəhər stadionu. 19:00
“Rəvan” – “Xəzər Lənkəran”
“Bayıl Arena”, 21:00