Millimizin sabiq üzvü 90 dəqiqə oynadı

17:54 29 Oktyabr 2015

Türkiyə PTT 1-ci liqasında 10-cu turun oyunları davam edir. Sportarena.az xəbər verir ki, millimizin sabiq müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB" də növbəti matçına çıxıb.

 

Qaziantep təmsilçisi doğma meydanda "Şanlıurfaspor"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Budaq bu görüşdə 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, "Qaziantep BB" hazırda 18 xalla 2-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti