"Xəzər Lənkəran"ın bərpa məşqi

21:13 29 Oktyabr 2015

Premyer Liqanın son turunda “Sumqayıt”a evdə məğlub olan “Xəzər Lənkəran” istirahətsiz hazırlıqlarını davam etdirir.
 
Sportarena.az xəbər verir ki, komanda bu gün saat 12:00-da stadionun ehtiyat meydançasında oyunsonrası bərpa məşqini keçirib.
 
Topsuz çalışmalar, müxtəlif fiziki hərəkətlərin yerinə yetirilməsindən ibarət olan və bir saatdan çox sürən hazırlıq prossesinin ardından futbolçular baza-oteldə istirahətə çəkiliblər. Növbəti məşq oktyabrın 30-da saat 16:00-da yenə də ehtiyat meydançada baş tutacaq.
 
Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XI turu çərçivəsində noyabrın 2-də səfərdə “Rəvan”la qarşılaşacaq. (12cioyuncu.info)


Digər xəbərlər

Xəbər xətti