"Hafiz Məmmədovun dəstəyi olmasaydı, bu gün "Bakı" olmazdı"

01:02 30 Oktyabr 2015

"İdman Azərbaycan” kanalında “Bakı” klubuna həsr olunmuş xüsusi verilişdə çıxış edən icraçı direktor Yaşar Seyidov komandanın prezidenti Hafiz Məmmədov haqda da söz açıb.
 
Sportarena.az xəbər verir ki, Seyidov Hafiz Məmmədovun daim komandanın yanında olduğunu qeyd edib:
 
"Hafiz Məmmədovun Azərbaycan futbolunun inkişafında böyük xidmətləri olub. O, AFFA İcraiyyə Komitəsinin üzvüdür. Hafiz bəy daim futbolu düşünür. Yayda demək olar ki, istirahət etmədən çalışdıq. Hafiz Məmmədovun sayəsində bütün çətinliklər aradan qalxır. O, komanda üçün böyük işlər görür. Hafiz Məmmədov daim “Bakı”nın yanındadır. Onun dəstəyi olmasaydı, bu gün “Bakı” olmazdı. Istər I divizondakı, istərsə də aşağı yaş qrupları üzrə bütün komandalarımız ölkə çempionatlarında uğurla çıxış edirlər".


Digər xəbərlər

Xəbər xətti