İnterAz TV-də yayımlanan "Arena" verlişinin növbəti buraxılışı çəkilib.
Sportarena.az xəbər verir ki, Rüfət Nadirlinin aparıcısı olduğu verlişin budəfəki qonaqları millinin məşqçisi Mahmud Qurbanov və "Het-trik news”un baş redaktoru İlqar Tağıyev olub. Yeni bölümündə Premyer Liqanın son turu barədə danışılıb. Bundan əlavə "Qarabağ" və "Qəbələ"nin avroliqanın son turundakı çıxışları qiymətləndirilib.
Qeyd edək ki, verlişin baş sponsoru "AAAF Park" yaşayış kompleksidir.