Ötən gecədən başlayaraq, yağmağa başlayan aramsız yağışlar Lənkərançayda suyun səviyyəsinin qalxmasına səbəb olub.
Sportarena.az "Report"a istinadən xəbər verir ki, çayın daşması nəticəsində yaxınlıqdakı "Xəzər Lənkəran"nın stadionu su altında qalıb.
Sular stadionun qapılarından meydançaya daxil olub. Klubun mətbuatxidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Report"a açıqlamasında faktiki mühasirədə qaldıqlarını bildirib:
"Artıq suyun səviyyəsi 35 sm qalxıb. Sel stadionumuzun inzibati binası qarşısına çatıb və əsas meydançamıza doğru hərəkət edir".