AFFA açıqladı: "Neftçi" azarkeşləri komandalarını ziyana saldı

13:01 30 Oktyabr 2015

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

 Sportarena.az xəbər verir ki,  İK Premyer Liqanın 10-cu turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının X turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
Azərbaycan Premyer Liqasının X turunun “Zirə” – “Kəpəz” matçının 58-ci dəqiqəsində “Zirə” klubununfutbolçusu Sadiq Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “Zirə” klubunun futbolçusu Aleksandr Şemonayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Qarşılaşmanın 14-cü dəqiqəsində “Zirə” klubunun baş məşqçisi Adil Şükürov texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının X turunun “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 36-cı dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının X turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti