2015/2016-cı il mövsümündə UEFA Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “İnter” klubları üçün UEFA tərəfindən qaydada maliyyə vəsaiti ayrılıb.
Sportarena.az xəbər verir ki, ayrılan maliyyə vəsaitləri aşağıda qeyd olunan kimidir:
“Qarabağ”a 950 000.00 avro
“Qəbələ” – 630 000.00 avro
“Neftçi” – 200 000.00 avro
“İnter” – 630 000.00 avro
UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada “Qarabağ”, “Qəbələ” və “Neftçi” klubunun hesabına köçürülüb.
AFFA ilə “İnter” klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait “İnter” PİK-in hesabına köçürüləcək.