Lisenziyalaşdırma Qrupu klub nümayəndələri ilə görüşüb

15:12 30 Oktyabr 2015

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Qrupu ilə Topaz Premyer Liqası və Birinci divizion klublarının nümayəndələri arasında görüş keçirilib. Görüş növbəti lisenziyalaşdırma mövsümünün açılışına həsr olunub və aşağıdakı mövzularla bağlı məlumatlar klubların diqqətinə çatrdırılıb:

Lisenziyalaşdırma Qrupunun təşkilati strukturu

Lisenziyalaşdırma qrupu tərəfindən hazırlanmış və ötən mövsümə həsr olunmuş hesabatın təqdimatı

Ötən mövsümün icmalı. Azərbaycanda və digər Avropa ölkələrində lisenziyalaşdırma prosesinin nəticələri və klublara lisenziya verilməsindən imtina səbəbləri

Maliyyə Fair Play-i və UEFA-nın Klublara Maliyyə Nəzarət Orqanı barədə məlumat

Ötən mövsümə nisbətən yeni qaydalarda baş vermiş dəyişiklər

Lisenziyalaşdırma üzrə sənədlərin qəbulu prosesində baş vermiş dəyişikliklər. Prosesin klublar üçün asanlaşdırılması məqsədilə sənədlərin elektron versiyada qəbul olunması

2016/2017-cı il lisenziyalaşdırma mövsümü ərzində keçiriləcək seminar və görüşlər və s.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb. 


Digər xəbərlər

Xəbər xətti