Yay transfer pəncərəsində Azərbaycana gəlmiş daha bir futbolçu “Qarabağ”ın ispan yarımmüdafiəçisi Dani Kintanadır. Qurban Qurbanovun heyətə qatdığı futbolçu tam olmasa da, müəyyən qədər seçilməyi bacarıb. Nə üçün “Qarabağ”ı seçdiyi, Azərbaycana gəldiyi və son oyunlardakı nəticələr barədə Dani “Qafqazinfo”ya danışıb.
- “Monako” ilə səfərdə görüşündə 1 xal gözlədiyimiz halda komanda məğlubiyyətlə üzləşdi…
- Sonuncu oyunda həddə artıq bəxtsizliklə üzləşdik. Əlimizə düşən qol şanslarından da yararlana bilmədik. Rəqib isə sən dəqiqələri yaxşı keçirdi və qol da vurdu. Yenə də əsas odur ki, biz pis oynamadıq. Ümid edirəm ki, burda daha yaxşı olacaq. 1 xal qazanmalı idik.
- Bakıda Fransa təmsilçisindən xal almaq mümkün olacaq?
- Biz burda rəqibdən daha güclüyükş Öz evimizdə azarkeşlərin dəstəyi ilə onlardan daha yaxşı çıxış edəcəyik. Bilirik ki, “Monako” hansı gücə malikdir və həddən artıq çətin oyun olacaq. Amma öhdəsindən gəlməyə çalışacağıq. Meydana ancaq və ancaq 3 xal üçün çıxacağıq.
- Premyer Liqanın son 2 turunda “Sumqayıt”a uduzdunuz, “Rəvan”la matçda isə çətinliklə qalib gəldiniz…
- “Rəvan”la matçda qələbə qazandıq və bu barədə çox danışmağa ehtiyac yoxdur. “Sumqayıt”la oyuna gəlincə, çətin qarşılaşma idi. Biz nə qədər çalışsaq da, qol vura bilmədik. Rəqib isə son dəqiqələrdə əlində düşən fürsəti qola çevirdi və 3 xalı əldə etdi. Mövsüm ərzində belə şeylər olacaq. Bu normaldır.
- Son 10 gündə kifayət qədər çox oyunda meydana çıxdınız. Bu öz təsirini göstərir?
- Düzdür, biz çox oyun oynadıq. Amma heyətimizə baxın. Kifayət qədər oyunçumuz var. Buna görə də belə şeyləri düşünmək lazım deyil.
- Amma zədələr də var…
- Bəli, bu çox pisdir. Reynaldonun olmaması çətinlik yaradacaq. O, “Qarabağ” üçün həddən artıq vacib futbolçudur. Amma ümid edirəm ki, digərləri bu boşluğu dolduracaqlar. Xüsusən də “Monako” ilə görüşdə
- Bir az da şəxsi həyatınız haqqında. Bakıda yaşamaq çətin deyil ki?
- Burda çox xoşbəxtəm. Həmçinin həyat yoldaşım da mənimlə birlikdə Azərbaycanda yaşamaqdan məmnundur. Çox asanlıqlıa burda nə istəyiriksə, edirik. Biz bilirik ki, fərqli mədəniyyətə malik ölkədəyik. Amma heç kimlə indiyə qədər problem yaşamamışıq. Azərbaycanda insanların bir xasiyyəti var. Sən onlara hörmət etdinsə, 5 qatını sənə edəcklər.
- İstirahət günlərini harada keçirirsiniz?
- Bakı gözəl şəhərdir. Gəzmək üçün çox yerlər var. Bulvar, “Tarqovıy” və s. yerlərdə vaxt keçiririk. Həm də əyləncəli olur.
- Yemək baxımından çətinliklər üzləşməmisiz?
- Buranın müxtəlif yeməklərini yedim. Hamısını xoşladım. Mənim belə bir xüsusiyyətim var ki, hansı ölkəyə gedirəmsə, oranın yeməklərinə öyrəşirəm. Azərbaycan dab u cəhətdən mənim üçün fərqlənmir. Amma müəyyən seçim edəcəm. Daha doğrusu aşpazlar yeməklərimə diqqət etməyi tapşırırlar.
- Azərbaycana gəlməzdən öncə Səudiyyə Ərəbistanda çıxış etmisiz. Bildiyimə görə orada futbolçulara daha yaxşı maaş verirlər. Nə üçün orda qalmadınız?
- Çünki orada hər şey fərqli idi. Ümumiyyətlə, fərqli mentalitet var idi.
- Bizim kimi onlar da müsəlman ölkəsidir…
- Mən İslam haqqında çox şey bilirəm. Və buna dinə hörmətim böyükdür. Bütün dinlərə və irqlərə hörmət etmək bizim borcumuzdur.
- Deməli, “Qarabağ”a Avropada oynamaq üçün gəldiniz?
- Ərəbistanda çıxış etdiyim klubda baş məşqçi də məni istəmədi. Daha doğrusu, start heyətdə şans vermədiyi üçün orda qalmaq fikrim yox idi. Şansını gözlə deyirdi. Amma onlara yenə də təşəkkür edirəm. Uğurlar arzulayıram. Çünki orda da dostlarım var.
- Sizə qədər Azərbaycanda çoxlu sayda ispan futbolçular olub. Kiminlə ölkəmiz haqqında danışdız?
- Heç kimlə. Bilirəm ki, burda çoxlu sayda ispan oyunçular çıxış edib. Amma inanın ki, heç birini şəxsən tanımıram.