"İnter"də qalmadı, "Tvente" ilə müqavilə bağladı

19:31 30 Oktyabr 2015

"İnter"in sabiq baş məşqçisi Mario Pusiç bundan sonra Hollandiyada çalışacaq. Sportarena.az xəbər verir ki, bosniyalı mütəxəssis "Tvente" ilə müqavilə bağlayıb.

 

O, bu komandanın baş məşqçisi Rene Hekanın köməkçisi kimi çalışacaq.

 

Qeyd edək ki, Pusiç "İnter"ə bu ilin əvvəlində gəlmişdi və növbəti baş məşqçi olması gözlənilirdi. Amma klubun üzləşdiyi maliyyə problemləri nəticəsində o da paytaxt klubu ilə yollarını ayırmaq məcburiyyətində qalmışdı.


Digər xəbərlər

Xəbər xətti