Yağış "Xəzər Lənkəran"ı çətin vəziyyətdə qoydu

22:12 30 Oktyabr 2015

Premyer Liqanın XI turunda “Rəvan”ın qonağı olacaq "Xəzər Lənkəran" hazırlıqlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, komanda bu gün növbəti məşqini keçirib. Lənkərançayın sel suları “Fırtınalar meydanı”nın ərazisinə dolduğundan komandanın hazırlıq prossesi fərqli məkanda baş tutub.

 

Belə ki, şəhərin İnşaatçılar qəsəbəsinə yollanan “Xəzər Lənkəran” şəhidlər xiyabanının yaxınlığında yerləşən (RAYPO-nun yanı) qapalı futbol meydançasında məşq edib. Ardıyca isə çətinliklə də olsa komanda geri qayıdaraq özünün baza-otelində məskunlaşa bilib. (12cioyuncu.info)


Digər xəbərlər

Xəbər xətti