Bu gün Topaz Premyer Liqasında XI tura start veriləcək. Sportarena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq. Maraqlıdır ki, birinci oyun günündə ilk "3-lük"də qərarlaşan komandalar ev sınaqlarına çıxacaqlar.
Günün ilk oyunu "İnter Arena"da olacaq. "İnter" doğma meydanda "Zirə"ni sınağa çəkəcək.
Bu oyundan 2 saat sonra isə "Qəbələ" və "Kəpəz" komandaları meydana çıxacaqlar. Yağış Gəncə şəhər stadionunu yararsız hala saldığından oyun Qəbələdə keçiriləcək.
Günün son oyununda isə lider "Qarabağ" AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. Ağdam klubu "təyyarəçilər"i məğlub edərək, Avropa Liqasının qrup mərhələsində "Monako" ilə oyunu öncəsi əhval-ruhiyyəni yükəsltməyə çalışacaq.
Topaz Premyer Liqası, XI tur
31 oktyabr
16:00. "İnter" – "Zirə" 0:0
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Coşqun Həsənov, Ömər Paşayev
"İnter Arena"
18:00. "Qəbələ" – "Kəpəz" 0:1 (Təxirə salındı)
Qol: Aleksandr Sitnik, 2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu
19:00. "Qarabağ" – AZAL 2:0
Qollar: Əfran İsmayılov, 49, Raydel Pupon, 90+2
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu