Premyer Liqanın XI turu çərçivəsində, noyabrın 2-də "Rəvan" klubu ilə səfərdə üz-üzə gələcək "Xəzər Lənkəran" sərbəst buraxılıb.
Sportarena.az "12cioyuncu.info"ya istinadən xəbər verir ki, komanda yalnız bu gün ərzində istirahət edəcək.
Sabah isə "ağ-yaşıllar" yenidən bir araya gələcək. Lakin bu dəfə toplanış paytaxtda baş tutacaq.
Beləliklə "Xəzər Lənkəran" Bakıda noyabrın 1-də günün birinci yarısında toplandıqdan sonra saat 21:00-da "Bayıl Arena" stadionunda oyunöncəsi son məşqini keçirəcək.