Sadıq Sadıqov Əbu-Dabidə - FOTO

15:20 31 Oktyabr 2015

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində cüdo üzrə "Böyük Dəbilqə" yarışı keçirilir. Sportarena.az xəbər verir ki, bu mötəbər turnirdə Azərbaycan cüdoçuları da mübarizə aparırlar.

 

Hazırda Əbu-Dabidə çəkisi 73 ve 81 kq olan cüdoçular medallar uğrunda mübarizə aparırlar. Yarışları Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov və İcraiyyə Komitəsinin üzvü, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov da izləyirlər.


Xəbər xətti