"Əsas məqsəd uduzmamaq idi" - "Zirə"nin məşqçisi

18:40 31 Oktyabr 2015

"Azərbaycan çempionatının ən yaxşı komandalarından birinə qarşı oynadıq. "İnter"in özünəməxsus oyun tərzi var".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin məşqçisi Ayxan Abbasov deyib. O, Premyer Liqanın XI turunda "İnter"lə səfər heç-heçəsini şərh edib:

 

"Sıx qrafikdə ardıcıl 3-cü oyunumuzu keçirdik. Əsas məqsəd bu ardıcıl 3 oyunda uduzmamaq idi ki, bunun öhdəsindən gəldik. Məqsədlərimizdən biri özümüzəməxsus oyun tərzi yaratmaqdır. Hər keçən tur bu işdə irəliləyiş olduğunu görürük. "İnter"ə qarşı oyunda da mübarizə apardıq, futbolçulara uduzmamaq hissini aşlamağa çalışırıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik".


Digər xəbərlər

Xəbər xətti