"Yaxşı oynamayan futbolçu ehtiyatda oturmalıdır"

18:45 31 Oktyabr 2015

Premyer Liqanın XI turunun ilk oyununda "İnter" doğma meydanda "Zirə" ilə heç-heçə edib. Sportarena.az xəbər verir ki, "bankirlər"in baş məşqçisi Zaur Svanadze 0:0 başa çatan görüş haqda bunları söyləyib:

 

"Düşünürəm ki, müdafiəçilərimiz bu gün çox yaxşı oynadılar. Müdafiəçilərimiz rəqib hücumçularına imkan vermədilər. İkinci hissədə öndə təhlükəli epizodlar yaratdıq. Təəssüflənirəm ki, bizim yüksək səviyyəli hücumçumuz yoxdur. Nə qədər dəyişikliklər etsək də, irəlidə daha güclü ola bilmirik. Bu problemləri aradan qaldırmaq üçün variantlar axtarırıq. Yaxşı oynamayan futbolçu ehtiyatda oturmalıdır".


Digər xəbərlər

Xəbər xətti