Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində bu gün keçirilən "Qəbələ" - "Kəpəz" matçı təxirə salınıb.
Sportarena.az xəbər verir ki, meydanda qatı dumana görə görmə məhdudlaşdığı olduğu üçün görüşün baş hakimi Əliyar Ağayev 30-cu dəqiqədə oyunu yarımçıq dayandırıb.
Matçın sabah 20:00-da 30-cu dəqiqədən etibarən davam etdiriləcəyinə qərar verilib.
Qeyd edək ki, görüşdə hesab 1:0 "Kəpəz"in xeyirinədir.